COP 29 bizə, Azərbaycana olan böyük etimadın göstəricisi idi. İlk növbədə, eləbundan başlamaq lazımdır. Necə oldu ki, Azərbaycana COP29 kimi mötəbər, qlobal bir tədbirə ev sahibliyi etmək həvaləolundu?! Cavab əlbəttə ki, sadə vəaydındır. Düşünülmüş siyasət vəstrategiya, düzgün taktika vədiplomatiyamızın bir sıra digər aspektləri! 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının üzvü, 2012-2013-cü illərdə həmin təşkilatın sədri funksiyasını yerinə yetirən, 2019-cu ildə Qoşulmama Hərəkatına sədr seçilən və 2022-ci ildə sədrliyi daha bir il uzadılan Azərbaycana göstərilən etimad onun inkişaf etmiş ölkələr qrupuna doğru sürətli irəliləyişinin labüd elementləri, qlobal nüfuzunun mühüm komponentidir.
Azərbaycan COP29-un - bu böyük tədbirin öhdəsindən gəlmək üçün uğurlu addımlar atdı. "Təmiz ətraf mühit və yaşıl artım"üzrə sosial-iqtisadi prioriteti uğurla reallaşdırdı. Qlobal iqlim fəaliyyətinədəstək vermək əzmi Azərbaycanın mənəvi simasını uğurla xarakterizə edən bir məqam idi. Dünyanın xilası, bəşəriyyətin nicatı, sağlam dünya, kainatla bağlıdüşüncələr yönündə çalışmalar varkən, ölkəmiz bir də Qərbin qarayaxma kampaniyaları ilə üzləşdi. Gözlənilən idi. Beynəlxalq ictimaiyyətin ölkəmizə olan inamı rahat həzm edilə bilməzdi. Azırbaycan sübut etdi ki, o, eyni anda heçnəyə məhəl qoymadan öz yolu ilə irəliləyə, qarşısındakı böyük məqsədə doğru hədəflənə bilər. Məgər 44 günlük haqq savaşımızda belə olmadımı? Hər tərəfdən edilən hücumlara rəğmən qarşındakıməqsəddən dönməmək əzmi! Bu mənada, COP29 həm də bizim hekayəmizin davamıdır. Bu iqlim konfransı ölkəmizin birmənalı şəkildə planetar səviyyədənigaranlığını sərgiləyən platforma oldu. Azərbaycanın lokal olaraq iqlim problemləri mövcud idi. Məsələn, biz hər il çaylarımızda suyun səviyyəsinin azaldığını, Xəzər dənizinin səviyyəsinin aşağı düşdüyünü görürük. Azərbaycan su qıtlığı problemi ilə də üzləşir. Amma ölkəmiz lokal göstəricilərimizdən dəqlobal problemlərin həllinə yardımçıolmaq üçün yararlanmağı təklif etdi. COP29-a hazırlığın ilkin mərhələlərindədavamlı şəkildə bildirilirdi ki, zəngin külək və günəş enerjisi potensialımız bizə bərpa olunan enerji gündəliyini inkişaf etdirməyəimkan verir. "Yaşıl enerji" zonaları elan edilmiş işğaldan azad olunmuş Qarabağ vəŞərqi Zəngəzur kifayət qədər bərpa olunan enerji mənbələrinə malikdir. Azərbaycan, həmçinin neft və qaz hasilatından əldəetdiyi gəlirləri yaşıl enerjiyə yatırır. Bu, açıq şəkildə göstərir ki, qazıntı enerji növləri ilə zəngin olmağımız yaşıl gündəliyi təşviq etmək istiqamətindəaddımlarımıza mane olmur. Yaxud, qlobal istixana qazı emissiyalarında payının cəmi 0,1 faiz təşkil etdiyi Azərbaycan nümunəvi ölkə kimi daha kiçik emissiya payına sahib dövlətlərin iqlim dəyişmələri iləmübarizəyə əhəmiyyətli töhfələr verəbiləcəyini nümayiş etdirir.
Bütün bu müddət ərzində - COP29-a hazırlığın son mərhələsinə qədər prezident dövlət başçılarını bəşəriyyət naminəkonstruktiv şəkildə və xoş məramla əməkdaşlıq etməyə çağırdı. Bildirdi ki, "dövlətlərin ümumi, lakin fərqli öhdəlikləri olsa da, onlar fikir ayrılıqlarınıbir kənara qoymalı, bir-birini günahlandırmağı dayandırmalı və ortaq məxrəcə gəlməlidirlər. Qlobal istiləşmədəkimin günahkar olduğunu və ya kimin ətraf mühitə daha çox zərər vurduğunu müəyyənləşdirmək üçün vaxt itirməyəhaqqımız yoxdur".
Bəli, ölkə başçısının da dəfələrləvurğuladığı kimi, Bakı COP-u multilateralizm üçün həlledici sınaq oldu. Amma bu sınaq daha çox Azərbaycanın özünə gərək oldu. Bütün mənfi təsirləri adlamaq, Azərbaycanın imicini ləkələmək məqsədi daşıyan qarayaxma kampaniyasına baş qoşmadan irəliləmək, iqlim dəyişmələrinin mənfi təsirləri iləmübarizə aparmaq üçün nəcib missiyadan vaz keçməmək, daha da güclənən Azərbacan olaraq özünü tarix vəbəşəriyyət qarşısında yenidən sübut etmək üçün COP29 mənəvi varlığımızda önəmli bir missiya daşıyıcısına çevrildi.
COP29 öncəsi çıxışında İlham Əliyev bildirdi ki, "Mən yaşıl dünya naminəhəmrəylik ruhunda birgə fəaliyyət göstərmək üçün noyabrın 12-dən 13-dək Bakıda keçiriləcək Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitində dövlət vəhökumət başçılarını salamlamağa şad olaram".
Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılışmərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı sübut etdi ki, missiya tamamlanıb. 196 ölkədən 72 min insan, 80 dövlət başçısı - prezident, vitse-prezident, baş nazir olmaqla bütün dünyanın diqqəti Bakıya, COP29-a yönəldi və ölkə başçısı Bakıdan bütün yer kürəsini salamladı: "Beləliklə, dünya Bakıya toplaşıb və biz bütün dünyaya deyirik: Azərbaycana xoş gəlmisiniz"!
Hər zamankı kimi minnətdarlıq etməyi unutmadan! Amma bu minnətdarlıq həm də öz qüdrətilə öyünmə jesti, "var millətimin imzası imzalar içində" qürurunun yaşatdığı məmnunluq duyğusu idi: "Biz bu qərarı ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsi kimi görürük".
Amma fərqimiz yalnız bunda deyil. İlham Əliyev qələbədən qələbəyə artan, böyüyən Azərbayanın gücü kimi deyil, həm dəbütün bəşəriyyətin xilasını istəyən sülh, nicat çarcısı kimi adlayır, ölkəni təmsil etməyin yollarını və səviyyələrini lazımınca qoruyur, hifz edir: "Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir və bu, təkcə coğrafiya ilə bağlı deyil. Biz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilənəticələnib...".
Bəli, qurmaq, yaratmaq, sülhə, harmoniyaya çağırış türkün fitrətində var. Məgər Andranik Zəngəzurda kütləvi qırğınlar törədəndə Hüseyn Cavid "Turana qılıncdan daha kəskin, ulu qüvvət / Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət..." deyərək dünyanın təhlükəsizliyi üçün yollar arayır və bunu mədəniyyətdətapmırdımı? İndi də dörd bir yanda müharibə ocaqlarının alovlandırıldığı bir zamanda "qoca Şərqin qapısı" dünyaya açılıb bəşəriyyətə yaşıl dünya naminəhəmrəy olmağın nümunəsini göstərdi: "Bir sözlə, mesajım belədir. COP29-un sədri kimi, əlbəttə, biz yaşıl keçidin güclücarçısı olacağıq və bunu edirik"...
COP29-un uğurlu nəticələri bugünün reallığında və sabahın aydınlığında daha parlaq çalarlarla görünəcək. Bu mötəbər proseslərin nəticəsində COP29-da İtki vəZərər Fondu tam işlək vəziyyətə gətirildi. Karbon bazarına dair çoxdan gözlənilən 6-cı maddənin tam işlək vəziyyətəgətirilməsinə nail olundu. Ən əsası, BakıCOP 2035-ci ilə qədər inkişaf etməkdəolan ölkələrə 300 milyard ABŞ dollarıtəmin etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) şahidi oldu. Bu razılaşma inkişaf etməkdə olan ölkələrəiqlim dəyişmələrinin fəsadları iləmübarizədə kömək edəcək. Azərbaycanın COP29 Sədrliyi inkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon ABŞ dollarıhəcmində iqlim maliyyəsini təmin etmək üçün yeni öhdəlik olan Bakı MaliyyəMəqsədi (Baku Finance Goal) razılaşmasını elan etdi. Bu mənada Prezidentin qeyd etdiyi kimi, COP29 iqlim diplomatiyasında dönüş nöqtəsi oldu. COP29 Sədrliyi maliyyə, investisiya vəticarətin iqlim gündəliyinin mərkəzindəqalmasını təmin etmək üçün BMT qurumlarını, beynəlxalq təşkilatları, çoxtərəfli inkişaf banklarını, çoxtərəfli iqlim fondlarını, özəl sektoru, vətəndaşcəmiyyətini, əsas koalisiyaları və digər maraqlı tərəfləri, həmçinin COP Sədrlikləri və Tərəfləri bir araya gətirdi. Kiçik və orta sahibkarlığın yaşıl keçidi üzrə yeni Bakıİqlim Koalisiyasını elan etdi: "Qarşıdakıillər asan olmayacaq. Elm göstərir ki, çətinliklər daha da artacaq. Birgə işləmək bacarığımız sınanacaq. "Bakı irəliləyişi"bizə qarşıdan gələn fırtınaların qarşısınıalmağa kömək edəcək. Bakı MaliyyəMəqsədinin uğurlu razılığı COP29 Sədrliyinin təmin etdiyi nailiyyətlərin bir hissəsidir".
Bir də 300 milyard dollarlıq maliyyəqərarı! "Burada Azərbaycanın üzərinədüşən missiya bu cür kəskin qlobal qütbləşməyə baxmayaraq, müzakirələrin axarını ortaq mövqeyə doğru yönləndirəbilmək və məntiqi sonluğa gətirib çatdırmaq idi. Belə bir mürəkkəb maraqlar labirintinin içindən ildə 300 milyard dollarlıq maliyyə qərarı ilə çıxmaq iqlim diplomatiyasının ən üst səviyyəsi sayılmalıdır".
Bu qərarın hasilə gəlməsinə ancaq beynəlxalq arenada uğurlu diplomatiya sərgiləyərək, güclü səriştə və əzm meydana qoyaraq müvəffəq olmaq mümkün idi ki, Azərbaycan bunu bacardı! Bu, iqlim diplomatiyasında Azərbaycanın zəfəridir.
Elnarə Akimova
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, filologiya elmləri doktoru