AZ

Zaxarova: “Böyük Britaniya antirusiya siyasətində əsas roldadır” – ÖZƏL

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Böyük Britaniyanın Qərb dünyasının antirusiya siyasətində əsas mövqedə olduğunu bəyan edib. 

Olaylar.az xəbər verir ki, onun sözlərinə görə, London bu xətti yalnız fəal şəkildə irəli sürmür, həm də ideologiyadan iqtisadiyyata qədər hərtərəfli şəkildə həyata keçirir.

Zaxarova vurğulayıb ki, bu yanaşma Britaniyanın digər ölkələrlə münasibətlərində də müşahidə olunur. Şəxsi və dövlət aktivlərinin dondurulması, iri sahibkarlara təzyiq göstərilməsi artıq Londonun adi praktikasına çevrilib.

Diplomat əlavə edib ki, məhz  Böyük Britaniya Rusiyaya qarşı iqtisadi müharibə proseslərini başladıb, Rusiya diplomatlarının fəaliyyətinə məhdudiyyətlər tətbiq edilməsinə dair kampaniyanın təşəbbüskarı olub və NATO ölkələrini bu istiqamətdə hərəkət etməyə sövq edib. Bunun nəticəsində bir sıra Avropa ölkələri əsassız olaraq Rusiya diplomatik korpusunun nümayəndələrini ölkədən çıxarıb.

Qeyd edək ki, bir gün əvvəl Britaniyanın diplomatı Uilks Prayonun Rusiyada akkreditasiyası ləğv edilib. Rusiya XİN-in məlumatına görə, qərar onun sərhədi keçərkən təqdim etdiyi məlumatların təhrif olunması səbəbindən qəbul edilib. Diplomata ölkəni iki gün ərzində tərk etmək göstərişi verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
8
olaylar.az

1Mənbələr