AZ

"Kristal Abşeron"un "Aznet"lə soyğunçu monopoliyası: ... və supernazirin yarıtmaz qurumu

"Kristal Abşeron" şirkətinin Nizami rayonu Məshəti Gəncəvi küçəsi 130A və 130C ünvanında yerləşən binalarında yaşayan sakinlər "Aznet" intenet provayderindən şikayətçidirlər. 

Hurriyyet.az xəbər verir ki, sakinlər "Arqument.az"a deyiblər ki, "Aznet" faktiki olaraq dələduzluqla məşğuldur. Şirkət aylıq internet abunəçilərindən 25 manat xidməthaqqı alsa da, heç 40  mbit/s sürət internet vermir. Halbuki yeni internet tariflərinə görə, 25 manat ödənişə görə 100 mbit/s sürət verməlidir. 

Maraqlıdır ki, sakinlərin istifadə etdiyi Wifi modem də "Aznet" tərəfindən verilib və sakinlərə bildirilib ki, bu, ən son model modemdir və 5G sürəti dəstəkləyir, amma hazırda əksi baş verir. Şirkət hazırda sakinlərdən 25 manat alıb 20-25, bəzən bundan da aşağı sürət verir. 

Sakinlər dəfələrlə "Aznet"ə müraciət etsələr də, problemləri həll olunmur. Onların sözlərinə görə, "Kristal Abşeron" bu provayderlə anlaşıb, faktiki hər iki monopolist şirkət sakinləri informasiya blokadasında saxlayır. 

"Əvvəllər 40 mbit internet sürəti üçün "Aznet" intenet provayderinə 18 manat ödəyirdik. İnternetin qiyməti qaldırılandan sonra abunəçisi olduğumuz "Aznet" intenet provayderi bizə 100 mbit əvəzinə 10, 15, 20, 25 mbit intenet verir. Bunu sübut edən görüntülər var əlimizdə. Dəfələrlə bu monopolist şirkətə müraciət etsək də, nəticə yoxdur. Faktiki bizim hüquqlarımızı pozur, intenet demək olar ki, yoxdur. Bizdə Wifi modem en son modeldir. Bütün binada Kristal Abşeronun binalarına ancaq Kristal Abşeronun rəhbərliyinin icazə verdiyi internet provayderlər xidmət göstərməsi vətəndaşların haqlarının pozulmasıdır", - sakinlər belə deyirlər. 

Onlar bildiriblər ki, "Kristal Abşeron"un anlaşdığı keyfiyyətsiz "Aznet" - internet provayderi hazırda onları boğaza yığıb. 

Bundan əvvəl də "Rahat Telecom" İnternet provayderi sakinlərə eyni problemi yaşadıb. Çoxlu etirazlardan sonra  "Rahat Telecom" "Aznet"lə əvəzlənib, amma problem irin salan yaraya çevrilib, getdikcə dərinləşir... 

Sakinlər digər provayderlərə müraciət etsələr də, şirkət onların mənzillərə internet çəkməsinə imkan verməyib. 

Bildiriblər ki, yalnız bizimlə "razılaşan" provayderlər mənzillərə internet çəkə bilərlər. 

Dəfələrlə saxta mandatla Milli Məclisə düşən və ölkənin əsas tikinti monopolistlərindən olan Ağalar Vəliyev 21-ci əsrdə insanların ifadə azadlığını, internetə çıxışının qarşısını alır. 

Sakinlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etsələr də, nəticə yoxdur. Qurum onlara rəsmi cavabında bildirib ki, şikayət aidiyyəti üzrə göndəriləcək, amma heç bir addım atmayıb. 

Son olaraq sakinlər həm "Kristal Abşeron", həm "Aznet" - internet provayderinin özbaşınalığı, həm də Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yarıtmaz fəaliyyətindən "supernazir" Mikayıl Cabbarova müraciət ediblər. 

Görünür, Mikayıl Cabbarovun da başı daha "ciddi işlər"ə qarışdığından onların tələblərinə məhəl qoymur. 

Seçilən
2
2
hurriyyet.az

3Mənbələr