Səudiyyə Ərəbistanında bir neçə konsert proqramı və mədəni tədbirin keçirlməsi iranlı mollaların qəzəbilə qarşılaşıb və onlar yenidən qonşu ölkənin daxili işlərinə qarışaraq bəyanat yayıblar.
Bu barədə Qum din mərkəzinə bağlı "Rəsa" saytı məlumat yayıb.
"İslam ümmətinin bir qrup din xadimi" imzası ilə yaylan bəyanat və təhdid yazılarında Səudiyyə Ərəbistani fahişəliyin təbliğində günahlandırılıb.
“Biz Ər-Riyad və Səudiyyə Ərəbistanının digər şəhərlərində fahişəliyin və əxlaqsızlığın yayılmasına səbəb olan fitnə-fəsad festivallarının keçirilməsini qətiyyətlə pisləyirik”,- iranlı mollalar bildiriblər.
Qeyd edək ki, həmin mərkəz bundan əvvəl 2012-ciildə Azərbaycan Respublikasında Avroviziya Mahnı Müsabiqəsinin keçirildiyi vaxtlarda da oxşar və eyi məzmunl bəyanatlar yaymışdı.
visiontv.az