AZ

NUMBEO -nun "ən təhlükəsizlər" siyahısında Qafqaz ölkələri

Dünyanın ən böyük həyat keyfiyyəti məlumat bazası olan "Numbeo" nun 2024-cü il cinayət və təhlükəsizlik indeksinə görə ,dünyanın 8-ci ən təhlükəsiz ölkələrinin adı açıqlanıb.

Adalet.az xəbər verir ki, siyahıda Ermənistan dünyanın 8-ci ən təhlükəsiz ölkəsi kimi qeyd edilib. Birinci yerdə Andorra, ikinci yerdə Birləşmiş Ərəb Əmirlikləri, üçüncü yerdə Qətər, dördüncü yerdə Tayvan, beşinci yerdə Oman, altıncı yerdə Men adası, yeddinci yerdə isə Honq- Konq (Çin) qərarlaşıb.
"Numbeo"-nun siyahısında Ermənistan regionda ən təhlükəsiz ölkə hesab olunub. Siyahıya görə Gürcüstan 21-ci, Azərbaycan 33-cü, İran 92-ci, Türkiyə isə 54-cüdür.
Dünyanın ən təhlükəli ölkəsi isə Venesuela elan edilib - 146-cı yer.


Qeyd edək ki, ötən ay "Numbeo" Bakı və İrəvanda yaşayış dəyərini müyyənləşdirib və ortaya çox maraqlı bir nəticə çıxıb.
 "Numbeo"nun ekspertlərinin araşdırmalarının nəticələrinə görə, Bakıda yaşayış və kirayə haqqının İrəvandan 34,4% aşağı olduğu bəlli olub.Bundan başqa Bakıda alıcılıq qabiliyyətinin İrəvanla müqayisədə 36,7% yüksək olduğuda vurğulanıb.

 Əntiqə Rəşid

Seçilən
10
adalet.az

1Mənbələr