AZ

Nazir: "İşləməyib əlil olan vətəndaş pensiya sisteminə daxil edilməyəcək"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Vətəndaş heç vaxt işləməyib, sonradan əlil olursa, sosial sığorta haqqı ödəmədiyinə görə pensiya sisteminə deyil, müavinət sisteminə daxil ediləcək".
"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
"Əlilliyə görə pensiyaya çıxmaq üçün sığorta stajı yalnız həmin şəxsin əmək qabiliyyəti dövrü üçün tələb olunur. Əlil olduqdan sonrakı dövr üçün belə tələb yoxdur. Amma vətəndaş işləyib, sonradan əlil olubsa, əməkqabiliyyətli hər ilinə görə cəmi 4 ay sığorta stajı tələb olunur. Düşünürük ki, bu, kifayət qədər böyük dəyişiklikdir", - o vurğulayıb.
Seçilən
82
50
oxu.az

10Mənbələr