AZ

Nazirlik yoxlama zamanı heç kimin qazanını yoxlamır - Nazir deputata cavab verdi

Ünvanlı sosial yardım zamanı vətəndaşları yoxlayarkən onların soyuduclarını və qazanlarını açıb yoxlamaq doğru deyil. Bunu Mlilli Məclisin deputatı Razi Nurullayev deyib.  
 
"Hörmətli Sahil bəy, ünvanlı sosial yardım yoxlaması aparılan zaman açıb soyuducuları yoxlamasınlar, qazanların içinə baxmasınlar, məsələyə bir az insan ləyaqətinə hörmət rakursundan yanaşsınlar. A ailələrə hər kəs kömək edir, biri bazarlıq edir, biri ət gətirə bilər, biri bir kisə kartof və s. Bilirəm ki, bu sizin göstərişiniz deyil, heç qanun da bunu demir, amma bu tip məsələlər insan ləyaqətini alçaldır", - deputat bildirib. 
 
Əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev deputata cavab olaraq bildirib ki, ünvanı sosial yardımın yoxlanması zamanı heç kimin qazanı açıb yoxlanılmır. 
 
"Ünvanı sosial yardım yoxlamaları 2 mərhələdən keçir. Saxtakarlıq hallaırn aradan qaldırlması üçün əyani mərhələ olur. Ailənin həqiqətən həmin ünvanda yaşaması, ikincisi isə rəsmi gəlirlərinə uyuğunluğunun yoxlanmasıdır. .Burada qazan yeməklərinin yoxlanmasından söhbət gedə bilməz. Bu mexanizmdən sui istifadə etmək istəyənlər olur. Bu hallar az deyil", - nazir söyləyib. 
 
Gülnar Nazimqızı 


www.anews.az
Seçilən
10
anews.az

1Mənbələr