Almaniya millisi və “Bayer”in yarımmüdafiəçisi Florian Virts argentinalı ulduz futbolçu Lionel Messinin rekordunu təkrarlayıb.
Msport.az xəbər verir ki, 21 yaşlı pleymeyker buna UEFA Çempionlar Liqasının əsas mərhələsində Avstriya “Zaltsburq”una 5:0 hesabı ilə qalib gəldikləri V tur oyununda dubl etməklə nail olub.
Virts bununla yaşı 22-dək futbolçular arasında avrokuboklarda 17 qol vuran 2-ci oyunçu olub.
Qeyd edək ki, Florian Virts 2020-ci ildən “Bayer”in formasını geyinir.