AZ

Təbriz İnqilab Məhkəməsi 17 yaşlı azərbaycanlı yeniyetmə Nigar Dəbbağiyə həbs cəzası verib

Təbrizli 17 yaşlı azərbaycanlı yeniyetmə Nigar Dəbbaği noyabrın 13-dən bəri həbs edilib və Təbrizin mərkəzi zindanında saxlanılır.

Qeyd edək ki, Nigar Dəbbaği Baharistan Konservatoriyasının tələbəsidir.

Ona qarşı “insanları daxili və xarici təhlükəsizliyə qarşı cinayətlər törətməyə sövq etmək, İslamın müqəddəslərini təhqir etmək, İslam Respublikası sisteminə qarşı təbliğat aparmaq, rəsmi şəxsləri və məmurları təhqir etmək, İslam Respublikasının rəhbərlərini təhqir etmək” ittihamları yönəldilib.

Nigar Dəbbaği astma xəstəliyindən əziyyət çəkir. Yaxınları onun həbsxanada ağır vəziyyətdə saxlanıldığını bildirirlər və xəstəliyinin ağırlaşmasından narahatdırlar.

İnsan haqları fəallarının bildirdiyinə görə Nigar Dəbbağidən alınan etiraflar "məcburi etiraf"lar sayılır və bu etiraflar onun vəkilinin yanında alınmayıb. Bu isə yetkinlik yaşına çatmayanlar üçün qanunsuz hesab edilir.

visiontv.az



Seçilən
14
visiontv.az

1Mənbələr