AZ

Çindən siyasi DƏSTƏK: Talibanı tanımaq üçün region ölkələri ilə danışıqlar aparır

Çin Talibanı tanımaq üçün region ölkələri ilə danışıqlar aparır. Bunu “TOLOnews”a ÇXR-in Əfqanıstan üzrə xüsusi nümayəndəsi Yu Syaoyun  bildirib.

Onun sözlərinə görə, Pekinin, region ölkələrinin və Talibanın səyləri ilə dünya ictimaiyyəti ilə Kabil arasında qarşılıqlı fəaliyyətin zəruriliyi ilə bağlı konsensus əldə edilib.

Prosesin tam həyata keçirilməsi üçün isə bu addımlar atılmalıdır: 

-Taliban və Pakistan fikir ayrılıqlarını ikitərəfli qaydada həll etməlidir

-Taliban terrorçu qrupların Əfqanıstandakı fəaliyyətindən narahat olan ölkələrin razılığına nail olmalıdır ki, bu, onların münasibətlərinə xələl gətirməsin.

Qeyd etmək yerinə düşər ki, 2023-cü ildə Əfqanıstan-Çin ticarət dövriyyəsi 125% artıb. Nəticədə Əfqanıstan inkişaf etməyə başladı və regionun iqtisadi qarşılıqlı əlaqə mərkəzinə çevrildi.

Ülviyyə, Hurriyyet.az

Seçilən
5
hurriyyet.az

1Mənbələr