AZ

Cenevrənin avtobus zolaqlarında uğursuz sınaq

Avropada adambaşına düşən nəqliyyat vasitələrinin sayına görə Cenevrə ilk yerlərdə qərarlaşıb. 640 min nəfər əhalisi olan şəhərdə 320 minədək nəqliyyat vasitəsi, o cümlədən 60 minədək motosiklet, 9 mindən çox elektrikli velosiped istismar olunur. Bu siyahıya beynəlxalq təşkilatların balansındakı nəqliyyat vasitələri daxil deyil. 

Avtosfer.az xəbər verir ki, Cenevrədə maşın çox olsa da, ifrat tıxaclara rast gəlinmir. Şəhərin ictimai nəqliyyatı tramvay və avtobusdur. Avtobuslar əasən xüsusi zolaqla hərəkət edir.

2018-ci ildə şəhər bələdiyyəsi hərəkət intensivliyini artırmaq üçün motosiklet və velosipedlərin avtobus zolaqları ilə hərəkət etməsinə icazə verdi. Bir illik təcrübə bütün mənfilikləri üzə çıxardı. Məlum oldu ki, avtobus yoluna daxil olan motisikletlər mənzil başına 2 dəqiqə tez çatsalar da, avtobusların ləgiməsi 20 saniyəni ötür. Üstəgəl, yolun boşluğundan istifadə edən motosiklet sürücüləri sürət rejiminə məl etmirlər. Buna görə də digər hərəkət iştirakçıları qayda pozmağa məcbur olurlar.  
Buna görə də, bələdiyyə polisin rəyini nəzərə alaraq və qəzaları təhlil edərək təcrübənin davam etdirilməməsinə qərar verdi. Yanvarda başlayan təcrübə sentyabrda ləğv edildi.

Vüqar

Seçilən
11
avtosfer.az

1Mənbələr