AZ

AAYDA qəzaya düşən sürücüyə təzminat ödəyəcək

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) publik hüquqi şəxs yolda yaranan çökək səbəbindən qəzaya düşən sürücüyə təzminat ödəyəcək.

Axar.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, bir neçə ay əvvəl gecə saat 23:30 radələrində B.F. idarə etdiyi avtomobillə Quba şəhəri istiqamətində hərəkətdə olarkən yolun hərəkət hissəsində yaranmış çökəklik səbəbindən qəzaya düşüb.

B.F. AAYDA-nı məhkəməyə verərək vurulmuş maddi zərərin əvəzi olaraq 1153 manatın və mənəvi zərər görə təzminatın əvəzi olaraq 5000 manatın, həmçinin 35,05 manat ödənilmiş məhkəmə rüsumunun, eləcə də hüquqi yardım xidmətləri üçün vəkilə ödənilmiş 320 manat xidmət haqqının, ümumilikdə 6504,53 manat məbləğində pul vəsaitinin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.

Zərərçəkmiş şəxs bildirib ki, Bakı-Quba yolunun 119-cu kilometrliyində Quba şəhəri istiqamətində hərəkətdə olarkən yolun hərəkət hissəsində "Volksvagen-Jetta" markalı avtomobil ilə qəzaya düşüb.

Məhkəmə maddi zərərin əvəzi olaraq 900 manat və əlavə olaraq 33 manat dövlət rüsumunun AAYDA-dan tutularaq, iddiaçıya ödənilməsi barədə qərar qəbul edib.

Seçilən
4
5
axar.az

6Mənbələr