AZ

KİV: Aİ Trampın prezidentliyi ərəfəsində gözləmə mövqeyindədir

KİV: Aİ Trampın prezidentliyi ərəfəsində gözləmə mövqeyindədir

Avropa İttifaqı ölkələri Respublikaçı Donald Trampın ABŞ-dakı prezidentliyi ərəfəsində gözləmə mövqeyi tutublar. AFN.az-ın xəbərinə görə, “Politico” qəzeti avropalı rəsmilərə və diplomatlara istinadən yazır ki, xüsusilə, Aİ seçilmiş prezidentin ticarət və təhlükəsizlik sahəsində hansı konkret addımlar atacağını gözləyir.Bildirilir ki, Trampın prezidentliyə gələn kimi Ukraynada münaqişəyə son qoyulacağı ilə bağlı dəfələrlə verdiyi vədlər Ukraynanın avropalı müttəfiqlərinin narahatlığına səbəb olub: onlar Amerika siyasətində bu cür dəyişikliyin özləri və Kiyev üçün nəticələrini düşünürlər. Bundan əlavə, COVID-19 pandemiyası və Ukrayna münaqişəsinin iqtisadi nəticələrini idarə etməyə davam edən Aİ indi ABŞ-ın mümkün yeni tarif siyasətləri ilə üzləşə bilər. Nəşr yazır ki, Amerikanın planlaşdırılan rüsumları blok ölkələrinin iqtisadiyyatında daha da daralmaya səbəb ola bilər. “Politico” xatırladır ki, Tramp Avropa mallarına 10-20% arasında hərtərəfli tariflər tətbiq edəcəyini vəd edib.Avropa Şurasının Xarici Əlaqələr Şurasının direktoru Mark Leonard deyir: "Bu, çox fərqli Amerika hökuməti olacaq, Avropanın maraqları üçün keçən dəfə gördüyümüzdən daha çox dağıdıcı olacaq və risklər daha yüksək olacaq. Avropa rifahının bir çox əsas sütunlarının təhlükə altında olduğu kritik bir nöqtədəyik”.

Seçilən
6
1
afn.az

2Mənbələr