AZ

Köpəkbalığı məşhur idmançını parçalayıb

Yeni Zelandiya sahillərində böyük ağ köpək balığı məşhur reqbi oyunçusunu parçalayıb.

Sportal.az xəbər verir ki, bu barədə "National World" məlumat yayıb.

Hadisə noyabrın 19-da, çərşənbə axşamı Çatem arxipelaqı yaxınlığında baş verib. 24 yaşlı idmançı Ceyd Kahukore-Dikson qayıqdan suya düşən zaman yırtıcı balıq ona hücum edib. Gənc ağır xəsarətlər alıb. O, xəstəxanaya çatdırılsa da, həkimlər onu xilas edə bilməyib.

Kahukore-Diksonun atası bildirib ki, o, uşaqlıqdan balıqçılıq və dalğıclıqla maraqlanırdı. Bundan əlavə, 2018-ci ildə möcüzə nəticəsində köpək balığı hücumundan xilas olmuşdu, Onun ayağı dənizin dibində daşların arasına ilişmiş və həmin vaxt gənci ən yaxın dostu xilas etmişdi.

(baku.ws)

saytlarin hazirlanmasi

Seçilən
15
1
sportal.az

2Mənbələr