AZ

Beşiktaş prezidenti İSTEFA VERDİ

“Beşiktaş”ın prezidenti Hasan Arat istefa verib.

Bakupost.az xəbər verir ki, buna İdarə Heyətinin iclasında qərar verilib. Uğursuz nəticələrə görə klub rəhbəri vəzifəsindən getməyi qərara alıb.

Bir müddət öncə İstanbul klubunda daxili problemlərin olduğu barədə açıqlamalar yayılmışdı. Uğursuz nəticələrə görə rəhbər şəxslərin bir-birini ittiham etdiyi bildirilmişdi.

Ötən tur “Göztəpə”yə məğlubiyyətdən sonra baş məşqçi Covanni van Bronxostun verdiyi açıqlama da müzakirələr səbəb olmuşdu. O bildirmişdi ki, ötən mövsüm yaxşı vəziyyətdə olmayan komandadan cari mövsümdə uğur gözlənilməsi qəbuledilməzdir.

Bu açıqlamadan sonra Türkiyə mətbuatında baş məşqçi və prezident Hasan Arat arasında problemlərin olduğu yazılmışdı.

Bu gün istefa verən H.Aratın yerinə müvəqqəti olaraq İdarə Heyətinin üzvü Hüseyn Yücel təyin edilib.

Qeyd edək ki, bundan öncə klubun idman direktoru Samet Aybaba, vitse-prezident Onur Göçmez və İdarə Heyətinin məsləhətçisi Bradley Fridel də istefa ərizələrini yazıblar.
Seçilən
17
4
bakupost.az

6Mənbələr