AZ

Dövlət Xidməti bu ilin 10 ayında gördüyü işləri açıqlayıb

Bakı. Trend:

Rəqabət intizamının qorunması və inhisarçı davranışlarlamübarizə istiqamətində cari ilin on ayı ərzində bazarda hökmranmövqe və nisbətən yüksək bazar gücündən sui-istifadə hərəkətləriilə rəqabətin məhdudlaşdırılmasına yol verilməsi üzrə İqtisadiyyatNazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət DövlətXidməti tərəfindən ümumilikdə 146 müraciətə baxılıb, onlardan 87-sitəmin olunub.

Bu barədə Trend Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, eyni zamanda antidempinq, kompensasiya vəmühafizə tədbirlərinin tətbiqi ilə bağlı daxil olmuş 21 müraciətdən16-sı təmin olunub.

Bundan əlavə, müvafiq dövr ərzində iqtisadi təmərküzləşməəməliyyatları üzrə baxılmış 61 müraciətdən 33-ü təmin olunub.Rəqabət qanunvericiliyinə riayət olunmasına nəzarət üzrə baxılmışdigər müraciətlərin sayı 48 olub, onlardan 28-i təmin edilib.

Bazara giriş maneələri, təmərküzləşmə səviyyəsi, kartel tipliəlaqələr, dempinqli idxalın müəyyən edilməsi və qarşısının alınmasıistiqamətində Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-oktyabrayları ərzində bir sıra əmtəə bazarlarında – maliyyə xidmətləri,mobil telefonların satışı bazarında rəqabət vəziyyətinin təhliledilməsinə dair tədbirlər həyata keçirilib. Rəqabət qanunvericiliyəriayət olunması üzrə araşdırmalar aparılıb və müvafiq bazarlardaməhsul növləri müəyyən edilib.

Analoji dövrdə Dövlət Xidməti tərəfindən rəqabətpozucudavranışlarla mübarizə istiqamətində istehlakçıların seçməsərbəstliyinə təsir göstərən və sahibkarların rəqabət imkanlarınıməhdudlaşdıran haqsız, qeyri-dəqiq və gizli reklam üsullarındanistifadənin qarşısının alınmasına yönəlmiş tənzimləyici tədbirlərhəyata keçirilib.

Bu ilin yanvar-oktyabr ayları ərzində qanunsuz reklamlarınyayımı ilə əlaqədar baxılmış 98 müraciətin 58-i təmin olunub. Malvə xidmətlərdən istifadə edərkən istehlakçı seçimlərinistimullaşdıran reklam fəaliyyəti üzrə həyata keçirilən tədbirlərçərçivəsində alkoqollu içkilər, ət məhsulları, tütün və tütünməmulatları, körpələr və erkən yaşlı uşaqlar üçün süni qidaməhsulları, nəqliyyat vasitələri, bank, kredit, təhsil, logistika,karqo və ictimai iaşə xidmətləri sahəsində ümumilikdə 29 bazarsubyekti tərəfindən reklam qanunvericiliyinin tələblərininpozulması halları müəyyən edilib. Aşkar edilən pozuntular görülmüştədbirlər nəticəsində könüllü aradan qaldırılıb.

Ötən dövrdə Dövlət Xidmətində pozuntu hallarının qarşısınınalınması və rəqabət tənzimləmələri istiqamətində bazar subyektləritərəfindən haqsız rəqabətə yol verilməsi barədə 130 müraciətəbaxılıb. Rəqibin üzərində əsassız üstünlük qazanmaq, onuntəsərrüfat qərarlarının qəbuluna və icrasına qanunsuz vasitələrlətəsir göstərməklə haqsız rəqabətə yol vermə əlamətləri üzrə DövlətXidməti tərəfindən 1 iş, digər bazar subyektinin əmtəə nişanındanqanunsuz istifadə etməklə haqsız rəqabətə yol vermə əlamətləri üzrəisə 3 iş qaldırılıb, 9 işə (5-i ötən ildən davam edən) baxılmasıbaşa çatdırılıb. Görülmüş tədbirlər nəticəsində təsərrüfat subyektitərəfindən yol verilmiş pozuntular aradan qaldırılıb.

Rəqabətli biznes mühitinin təmin olunmasını, bazarsubyektlərinin rəqiblərinə qarşı ədalətli davranışını və rəqabətqanunvericiliyinə riayəti təşviq edən tədbirlər çərçivəsində DövlətXidməti tərəfindən cari ilin on ayı ərzində haqsız rəqabətəyolvermə ilə əlaqədar baxılması başa çatmış işlər üzrə 5 bazarsubyektinə 189,7 min manat məbləğində maliyyə sanksiyası tətbiqedilib və müvafiq icrası məcburi göstəriş verilib.

Bundan əlavə, digər bazar subyektinin əmtəə nişanından qanunsuzistifadə etməklə haqsız rəqabətə yol vermə əlamətləri üzrə DövlətXidmətinə daxil olmuş müraciətlər zamanı görülmüş tədbirlərnəticəsində 23 bazar subyekti tərəfindən neqativ hallar könüllüaradan qaldırılıb.

Qeyd edilən dövr ərzində Dövlət Xidməti tərəfindən təbii inhisarsubyektlərinin azad rəqabətə və müştəri mənafeyinə mənfi təsirgöstərə bilən hərəkətlərinin qarşısının alınması və aradanqaldırılması istiqamətində qanunvericiliyin tələblərinə uyğuntənzimləyici tədbirlər həyata keçirilib, müvafiq sahədə bərabər,şəffaf, ədalətli və rəqabətə əsaslanan münasibətlərinformalaşmasının təmin edilməsinə dair tələblər təbii inhisarsubyektlərin diqqətinə çatdırılıb.

Bundan əlavə, telefon çəkilişi zamanı müqavilə bağlanılmasındanəsassız olaraq imtina edilməsi, qoşulma zamanı normativ hüquqiaktlarda nəzərdə tutulmayan tələblərin qoyulması, eləcə də ümumiistifadədə olan telefon rabitəsi xidmətləri göstərilərkən müəyyənedilmiş tariflərdən əlavə ödənişlərin tələb edilməsi ilə bağlıtelekommunikasiya operatorları ilə maarifləndirici görüşlər təşkilolunub, mahiyyət üzrə yaranmış problemlərin həlli istiqamətindəmüzakirələr aparılıb.

Cari ilin on ayı ərzində təbii inhisar subyektlərinin göstərdiyixidmətlərlə əlaqədar 1156 müraciətə baxılıb, onlardan 292-si təminolunub, 550 halda qanunamüvafiq izahat və tövsiyə verilib, 28-ibaxılması üçün aidiyyəti orqana göndərilib, 116 halda rəy və təklifverilib, 3 halda aidiyyəti üzrə müraciət etmələri tövsiyə olunub, 1halda zəruri sənədlər təqdim edilmədiyindən baxılması dayandırılıb,166 müraciət üzrə isə araşdırmalar davam etdirilir. Qeyd edək ki,vətəndaşlardan daxil olan müraciətlər kommunal, hava yolunəqliyyatı, dəmir yolu nəqliyyatı, suvarma (meliorasiya vəirriqasiya), poçt xidmətləri və digər sahələri əhatə edib.

Qeyd: Biznes mühiti və beynəlxalq reytinqlər üzrə KomissiyaAzərbaycan Respublikasında biznes mühitinin əlverişliliyininartırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha dayaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” AzərbaycanRespublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəliSərəncamı ilə yaradılıb. Komissiyanın Əmtəə bazarının səmərəliliyivə rəqabət İşçi qrupuna rəhbərliyi İqtisadiyyat Nazirliyi yanındaAntiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti həyatakeçirir.

Seçilən
34
6
az.trend.az

10Mənbələr