2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində ekspert qrupu yaradılıb.
"Cebheinfo.az" xəbər verir ki, bununla bağlı komissiyanın bugünkü iclasında qərar qəbul olunub.
Sənədi MSK katibi Arifə Muxtarova təqdim edib.
"Cebheinfo.az"