"Müharibə iştirakçıları və şəhid övladları üçün sosial proqramların təşkili" layihəsi çərçivəsində "Qarabağ Müharibəsinin Dəhşətləri və Zəfər Təqvimi" adlı kitabın təqdimat mərasimi Suraxanı rayonunda yerləşən Sabir adına Mədəniyyət Evində keçirildi.
Layihənin rəhbəri “Məlahətli Ana” Uşaqlara Yardım İctimai Birliyinin sədri Natiq Əhmədov QHT.az-a bildirib ki, tədbirdə 120 şəhid və qazi ailəsi iştirak edib, iştirakçılara kitablar paylanılıb:
"Tədbirə bir sıra qonaqlar dəvət alıblar. "Korrupsiya və Qanun" ictimai-siyasi hüquq qəzetinin təsisçi və baş redaktoru Xuraman Əhlimanqızı Quliyeva, "Ekspert" qəzetinin baş redaktoru Səbuhi Mehdiyev, "Paralel" TV-nin rəhbəri, "Paralel" qəzetinin baş redaktoru və təsisçisi Tapdıq Abbas, "Dərkənar" qəzetinin baş redaktoru Pünhan Şükür iştirak ediblər."
Tədbirdə müəllif Nazim Tapdıqoğlu, şəhid atası Eldəniz Hüseynov, KİV nümayəndələri və yazıçılar çıxış ediblər. Vətənpərlik mövzusunda slayd və məktəblilərin çıxışı nümayiş olunub.
Qeyd edək ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən 2024-cü il üçün nəzərdə tutulmuş kiçik qrant müsabiqəsinin qalibləri sırasında “Məlahətli Ana” Uşaqlara Yardım İctimai Birliyi də yer alıb.
"Cebheinfo.az"