AZ

“Berezutski “Sabah”da peşəkar perspektivlər vəd edən yaxşı mühitə düşəcək”

Sportinfo.az xəbər verir ki, Yuri Syomin Vasili Berezutskinin "Sabah”a baş məşqçi təyin olunmasına münasibət bildirib.

Vaxtilə ölkəmizdə "Qəbələ"ni çalışdıran 77 yaşlı metəxəssis"Matç TV"yə müsahibəsində bildirib ki, Azərbaycanda işləmək Berezutskiyə maraqlı olacaq.

O, "Sabah"ın ciddi rəqiblərinin olduğunu deyib:

"Vasiliyə uğurlar arzulayıram. Hər liqanın özünə görə çətinliyi olur. Premyer Liqanın aşkar lideri var ki, o da "Qarabağ"dır.

Bu komanda çox yaxşı komplektləşib və beynəlxalq arenada çıxış edir. Həmçinin "Neftçi"ni də yaddan çıxarmaq olmaz.

Orada rəqiblər ciddidir, futbol isə inkişaf edir. Berezutski böyük peşəkar perspektivlər vəd edən yaxşı mühitə düşəcək.

Yəqin ki, Vasiliyə maraqlı olacaq. Bu, səviyyəli və ciddi çempionatdır.

Sabiq futbolçunun məşqçi olması çox yaxşıdır. Futbolçu keçmişi Vasiliyə kömək edəcək”.

"Sabah" ötən gün rusiyalı məşqçi ilə 2,5 illik müqavilə bağlayıb. Yuri Syomin isə 2013/2014 mövsümündə "Qəbələ"ni çalışdırıb.

Seçilən
19
sportinfo.az

1Mənbələr