AZ

Paşinyan KTMT-nin Astanada keçiriləcək sammitində iştirak etməyəcək

Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) noyabrın 28-də Astanada keçiriləcək sammitində iştirak etmək niyyətində deyil. Bu barədə yerli “24News” portalına Ermənistan hökuməti sədrinin mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib.

"Ermənistan Respublikasının KTMT-nin fəaliyyətində iştirakının dondurulması ilə bağlı mövqeyi dəyişməyib", - o deyib. Bundan əvvəl xarici işlər naziri Ararat Mirzoyan oxşar qərarı açıqlamışdı.

Bundan əvvəl Paşinyan iddia edirdi ki, “KTMT Ermənistanın təhlükəsizliyinə, onun gələcək mövcudluğuna və suverenliyinə təhdidlər yaradır”.

Onun sərsəm iddiasına görə, təşkilatın iki ölkəsi 2020-ci ildə Dağlıq Qarabağda keçirilən hərbi əməliyyatlar zamanı Azərbaycana yardım edib.

Oxuməni.az

Seçilən
26
oxumeni.az

1Mənbələr