Xəbər verdiyimiz kimi, Hakim Gürcü Arzusu - Demokratik Gürcüstan Partiyası Gürcüstan prezidenti postuna deputat və keçmiş futbolçu Mixail Kavelaşvilinin namizədliyini irəli sürüb.
Axar.az xəbər verir ki, 1971-ci il iyulun 22-də Tiflisdə anadan olan Kavelaşvili peşəkar futbol karyerasına Tiflisin “Lokomotiv” klubunda başlayıb.
Daha sonra Tiflis “Dinamo”suna keçən futbolçu burada 1990-1995-ci illərdə 6 dəfə ölkə çempionluğu yaşayıb. 1995-ci ildə Rusiyanın “Spartak-Alaniya”ya keçən Kavelaşvili burada da çempion olub.
Kavelaşvili 1996-cı ildə İngiltərənin “Mançester Siti”, daha sonra İsveçrənin “Qrasshopers” və digər klublarında top qovub.
Gürcüstan millisinin heyətində 46 oyun keçirən Kavelaşvili 9 qola imza atıb.
O, 2016-cı ildə Gürcü Arzusu Partiyasından deputat seçilib.