AZ

4 yaşlı oğlunu paltosuna bükərək xilas edibmiş...

Noyabrın 26-na keçən gecə Yevlax rayonunun Tanrıqulular kəndində baş vermiş ağır yol qəzasının təfərrüatı məlum olub.

SeherXeber.org xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qəzaya düşən ailə üzvləri ad günü məclisindən qayıdırmış.

Belə ki, noyabrın 25-də 1992-ci il təvəllüdlü Elvin Nəsibov atasına məxsus avtomobillə 4 yaşlı oğlu Elcan və həyat yoldaşı 2001-ci il təvəllüdlü Sənubərlə qayınatasıgilə qonaqlığa gedib. Məclis Elcanın və dayısının ad günü ilə əlaqədar təşkil edilib.

Onlar gecə saatlarında yaşadıqları kəndə qayıdarkən E.Nəsibov həyat yoldaşı ilə avtomobildə dalaşmağa başlayıb və sərxoş halda, sürücülük vəsiqəsi olmadan sürdüyü avtomobili təhlükəli şəkildə idarə edib. Bunu görən Sənubər oğlunu baş verə biləcək qəzadan qorumaq üçün onu paltosuna bükərək özünə sıxıb. Həmin vaxt avtomobil yol kənarındakı daş hasara çırpılıb. Nəticədə Elvin, arvadı və azyaşlı oğlu xəsarət alıb.

Sənubər Nəsibova xəstəxanaya çatdırılsa da, vəfat edib. Onun 4 yaşlı oğlunun və ərinin müalicəsi davam etdirilir. Həyatlarına hər hansı bir təhlükə olmadığı bildirilir.

Faktla bağlı Yevlax RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Seçilən
6
14
seherxeber.org

10Mənbələr