Çində müdafiə naziri korrupsiyada şübhəli bilinir.
Oxu24.com Financial Times -a istinadən xəbər verir ki, azı iki yüksək çinli zabit də istintaq altındadır.
Hazırkı və keçmiş ABŞ rəsmilərinə görə, Çin Xalq Azadlıq Ordusunun yüksək rütbəli hərbi komandirləri ilə bağlı araşdırmalar dalğası davam edir.
Çinin hazırkı müdafiə naziri Donq Jun korrupsiyada şübhəli bilinir. O, 2023-cü ilin dekabrında müdafiə departamentinin rəisi təyin edilib və iki il ərzində istintaqa cəlb olunan üçüncü müdafiə naziri olub.
Onun sələfi general Li Şanqfu cəmi yeddi ay işlədikdən sonra vəzifəsindən uzaqlaşdırılıb. Bundan əvvəl 2023-cü ilin martında istefa verən keçmiş nazir general Vey Fenqe korrupsiyaya görə saxlanılmışdı.
Nazirdən əlavə, raket qüvvələrinə və nüvə silahı proqramına rəhbərlik edən ən azı iki yüksək çinli zabitə qarşı istintaq başladılıb.
Çin yüksək səviyyəli hərbçilərlə bağlı istintaqı şərh etməkdən imtina edir.
Miri