AZ

Bitcoin 90 min dolları test etdi: Uzunmüddətli investorlar satış təzyiqini artırdı

Bitcoin, 22 noyabrda çatdığı 99.000 dollarlıq tarixi zirvədən sonra 5,6%-lik azalma ilə dünən 90.790 dollara qədər gerilədi.  

Analitiklərə görə, bu düzəliş daha çox uzunmüddətli investorların satışlarından qaynaqlanıb. "Spot birja investisiya fondları" (ETF) və institusional tələb isə bu düşüşdə daha az təsirli olub. "Blockchain" məlumatlarına əsasən, uzunmüddətli investorlar son dövrlərdə 128.000 BTC satıb, ABŞ-dakı "spot ETF"-lər isə bu satışların 90%-ni özündə cəmləşdirib. 

SeherXeber.org -ın Valyuta.Az-a istinadən verdiyi xəbərə görə, son günlərdəki eniş tendensiyasından sonra Bitcoin yenidən alıcılarla bazara başlayaraq səhər saatlarında 93.500 dollar səviyyəsinə doğru hərəkət edib.  

"Bloomberg ETF" analitiki Erik Balçunas bildirib ki, "Böyük axınlara baxmayaraq, Bitcoin qiyməti artmır, çünki uzunmüddətli investorlar satış edir." Tanınmış treyder Kayl du Plessis isə institusional tələbin Bitcoin-in 100.000 dollara yaxınlaşmasını dəstəklədiyini qeyd edib.  

Altcoin bazarlarında da kəskin düzəlişlər yaşandı  

Donald Trampın Kanada, Meksika və Çini hədəf alan yeni gömrük vergisi planları ABŞ dollarını gücləndirərək kripto və səhm bazarlarında satış təzyiqi yaradıb. Bitcoin ilə yanaşı "Ethereum", "Solana", "XRP" və "Dogecoin" kimi altcoinlər də son 24 saat ərzində 5%-dən 10%-ə qədər dəyər itirib.  

"CryptoQuant" məlumatlarına görə, Bitcoin-in "Bazar Dəyəri-Reallaşan Dəyər" (MVRV) nisbəti və "Puell Multiple" göstəriciləri enişə baxmayaraq uzunmüddətli yüksəliş trendinin qorunduğunu göstərir. Bəzi analitiklər bu düzəlişi artıq qaldırılmış mövqelərin nəticəsi kimi qiymətləndirir və təbii bir bazar hərəkəti hesab edirlər.  

Böyük investorların yığımı davam edir  

"Blockchain" məlumatlarına əsasən, ən azı 10 BTC saxlayan cüzdanlar noyabr ayında 63.922 BTC daha toplayıb, bu yığımın ümumi dəyəri 6,06 milyard dollara çatıb. Böyük investorların mövqelərini qoruması, qiymət enişlərinin müvəqqəti ola biləcəyi gözləntilərini artırır. Analitik Əli Martinez isə Bitcoin-in "Nisbi Güc İndeksi"nin (RSI) bərpa siqnalları verdiyini və qiymətin qısa müddətdə 95.000-96.000 dollar səviyyəsinə çata biləcəyini proqnozlaşdırır.  

"Secure Digital Markets" isə Bitcoin-in 100.000 dollarlıq səviyyəyə çatmadan əvvəl 90.000 dollara gerilədiyini vurğulayır. Analitiklər ticarət həcmindəki artıma baxmayaraq qiymətin son günlərdə aydın eniş tendensiyasına girdiyini və bu vəziyyətin bazarda mənfəət götürmə prosesini əks etdirdiyini qeyd edirlər.  

"Standard Chartered" yüksəliş proqnozlarını davam etdirir  

"Standard Chartered" (STAN) Bitcoin qiymətinin 2024-cü ilin sonuna qədər 125.000 dollara, 2025-ci ilin sonuna qədər isə 200.000 dollara çatacağını proqnozlaşdırır. Lakin mövcud düzəliş prosesində qiymətin 88.700 dolların altına düşə biləcəyini gözləyən banka görə, 85.000-88.700 dollar aralığı alım fürsəti təqdim edir.  

"Charles Schwab" isə tənzimləyici mühit dəyişərsə, fərdi investorlar üçün spot kripto əməliyyatları təqdim etməyi planlaşdırdığını elan edib. Şirkətin baş icraçı direktoru Rik Wurster bildirib: "Tənzimləmələr dəyişəndə bu sahəyə daxil olacağıq və bu ehtimala hazırlaşırıq."

Seçilən
6
4
seherxeber.org

5Mənbələr