AZ

Azərbaycan və Çin universitetləri magistratura üzrə ikili diplom proqramı İMZALAYACAQ

Bakı Dövlət Universiteti (BDU) və Çinin Anhui Universitetinin əməkdaşları arasında onlayn görüş keçirilib.

BDU-dan Bizim.Media-ya verilən məlumata görə, görüşdə hər iki universitet arasında əməkdaşlıq perspektivləri müzakirə edilib. 
 

BDU-nun Fizika fakültəsi ilə Anhui Universitetinin Materiallar elmi və mühəndisliyi fakültəsi arasında ikili diplom proqramı üzrə ixtisaslaşma istiqamətləri, tədris proqramlarının uyğunlaşdırılması və tələbə mübadiləsi mexanizmləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.


Sonda “Yarımkeçirici cihazlar və mikroelektronika”, “Optoelektronika” və “Kvant elektronikası” kimi sahələrdə magistratura səviyyəsində ikili diplom proqramının yaradılması ilə bağlı ilkin razılıq əldə olunub.

Qeyd edək ki, BDU ilə Çinin Anhui Universiteti arasında 2023-cü ildə “Filologiya (Çin dili və ədəbiyyatı)” ixtisası üzrə bakalavriat səviyyəsində birgə ikili diplom proqramı imzalanıb.

Bu layihə Çin Xalq Respublikasının Təhsil Nazirliyinin Dil Təhsili və Əməkdaşlıq Mərkəzi, BDU və Anhui Universiteti arasında “Beynəlxalq Çin dili təhsili” birgə bakalavr proqramı üzrə üçtərəfli müqavilə əsasında icra olunur.

Bizim.Media

Seçilən
20
3
bizim.media

4Mənbələr