AZ

Moldova ABŞ-nin “Rossiya Seqodnya” media qrupuna qarşı sanksiyalarına qoşulub

Moldova ABŞ-nin “Rossiya Seqodnya” media qrupu və “Avrasiya” qeyri-kommersiya təşkilatına qarşı məhdudlaşdırıcı tədbirlərinə qoşulub.

Bu barədə hökumətin rəsmi qəzetində dərc olunan məqalədə qeyd edilib.

“Moldova ABŞ-nin birtərəfli qərarları ilə müəyyən edilmiş beynəlxalq məhdudlaşdırıcı tədbirlərə qoşulur”, - sənəddə deyilir.

Məhdudiyyətlər “Russia Today” Beynəlxalq İnformasiya Agentliyinə və “Avrasiya” beynəlxalq əməkdaşlığın inkişafına yardım edən muxtar qeyri-kommersiya təşkilatına təsir edib.

Seçilən
18
aznews.az

1Mənbələr