AZ

Son 10 ildə 91 milyon kubmetr məişət tullantısı təkrar istehsal olunub

Bakı. Trend:

Media Təhlil Mərkəzi (MTM) Dövlət Statistika KomitəsininEkologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən açıqladığı rəsmirəqəmlərə əsasən təhlil aparıb.

Trend xəbərverir ki, nəticələrə görə, son 10 ildə Azərbaycanda atmosferhavasına atılan çirkləndirici maddələrin həcmi 11 638,4 min tonolub və bunun da 83,76%-ni və ya 9 748,0 min tonunu avtomobilnəqliyyatından atmosfer havasına atılan çirkləndirici maddələrtəşkil edib. Qalan 16,24%-ni yəni 1 890,4 min tonunu stasionarmənbələrdən atılan çirkləndirici maddələr tutub.

Məlumat üçün bildirək ki, hər il Azərbaycanda atmosfer havasınaatılan çirkləndirici maddələrin 82-85%-ni avtomobil nəqliyyatındanatılan maddələr təşkil edir.

Son 10 ildə Azərbaycanda atmosfer havasına atılan çirkləndiricimaddələrin həcminə ayrı-ayrılıqda diqqət etsək, bu göstəricinin2013-2019-cu illərdə yüksək, lakin 2020-ci ildə kəskin endiyinigörə bilərik. Enməyə səbəb isə dünyada mövcud olan “COVID-19”virusuna görə Azərbaycanda karantin rejiminin tətbiq edilməsi olub.Belə ki, həmin il həm stasionar mənbələrin böyük əksəriyyətinin,həm də bir sıra təhsil və digər müəssisələrin qapalı olmasınəqliyyatdan istifadəni minimuma endirib və nəticədə atmosferhavasına 25,1% daha az çirkli maddə buraxılıb.

Pandemiyadan sonrakı illərdə bu göstərici artan xətti ilə davametsə də, pandemiyadan öncəki mənfi göstəriciyə çatmayıb. Bu daəlbəttə ki, son illər ölkəmizdə ekoloji təmiz minikavtomobillərinin sayının sürətlə artması və stasionar mənbələrinatmosfer havasına buraxdığı çirkləndirici qazların normasına ciddişəkildə nəzarət olunması ilə bağlıdır.

Rəsmi rəqəmlər göstərir ki, son 10 ildə su itkilərinin həcmiazalır. Yalnız 2018, 2019 və 2022-ci illərdə bu göstərici cüziolaraq artıb. 2023-cü ildə itkiyə gedən suyun həcmi 3 034 milyonkubmetr olub və bu da 2022-ci il ilə müqayisədə 8,4% azdır.

Ötən ilin göstəricilərini 10 il əvvəlki rəqəmlərlə müqayisədəetdikdə isə su itkisi ilə bağlı göstəricinin ümumilikdə 41,1%azaldığını görə bilərik. Azalmanın əsas səbəblərindən biri sonillərdə kənd təsərrüfatında damcılı suvarma üsulundan istifadəningenişlənməsidir.

Azərbaycanda bərpa olunan şirin su ehtiyatlarının həcmi 2023-cüildə 4,6% artaraq 17 819 milyon kubmetrə çatıb. Bərpa olunan şirinsu ehtiyatları daxili axın və qonşu ölkələrdən səth sularının axınısayəsində formalaşır. Daxili axın isə yağıntıların miqdarı iləfaktiki buxarlanmanın fərqindən əmələ gəlir. Qeyd edək ki, ənyüksək bərpa olunan su ehtiyatı 2016-cı ildə 19 830 milyon kubmetr,ən az isə 2020-ci ildə 13 915 milyon kubmetr olaraq qeydə alınıb.Onu da qeyd edək ki, hər il bərpa olunan şirin su ehtiyatlarının70-80%-ni qonşu ölkələrdən səth sularının axını təşkil edir.

Son 10 ildə şəhər sutəmizləmə stansiyalarında çirkab sularınıntəmizlənməsi üzrə göstəricilər müsbət istiqamətdə dəyişib. Dahadəqiq desək, 2022-ci ildə bu göstərici 2013-cü il ilə müqayisədə37,7% artıb.

Rəsmi rəqəmlərə əsasən, 2022-ci ildə şəhər sutəmizləməstansiyalarında təmizlənən çirkab sularının həcmi sutkada 743 minkubmetr olub ki, bu da əvvəlki il ilə müqayisədə 2,5% çoxdeməkdir.

Son 10 il müddətində təkrar xammal və tullantıların əmələgəlməsi üzrə göstəricilərə baxsaq, bu sahə üzrə də böyük işlərinaparıldığını görə bilərik. Belə ki, 2013-cü ildə təkrar xammal vətullantıların təkrar emalı həcmi 3,4 min ton idisə, ötən ilinyekununda bu rəqəm 66,3 min ton olub. Bu isə son 10 ildə təkrarxammal və tullantıların təkrar emalının 19,5 dəfə artması deməkdir.Bununla yanaşı, 2023-cü ildə əvvəlki il ilə müqayisədə 28,7% dahaçox təkrar xammal və tullantıların təkrar emalı yerinəyetirilib.

Ümumilikdə isə son 10 ildə 305,2 min ton təkrar xammal vətullantıların təkrar emalı baş tutub ki, bunun da 81,91%-ni və ya250 min tonunu “kağız-karton” məmulatlarının təkrar istehsalıtəşkil edir.

“Şüşə” məmulatları isə bu payın 8,39%-nə sahibdir. Belə ki, son10 ildə 25,6 min ton həcmdə “şüşə” məmulatlarının təkrar istehsalıqeydə alınıb.

“Plastik” məmulatlarının təkrar istehsalı isə son 10 ildə 19,2min ton təşkil edib ki, bu da ümumi göstəricinin 6,29%-ni təşkiledib.

Təkrar istehsal olunan məmulatların qalan 3,41%-i isə digərkateqoriyalara aid tullantılardır və 10,4 min ton həcməsahibdir.

Hər il məişət tullantılarının təkrar istehsalı da artan xətt iləinkişaf edir. Ümumilikdə son 10 ildə 91 milyon kubmetr həcmindəməişət tullantısı təkrar istehsal olunub.

2023-cü ildə təkrar istehsal olunan məişət tullantılarının həcmi11,4 milyon kubmetr həcmində olub və bu, əvvəlki il ilə müqayisədə2,7%, 10 il öncə ilə müqayisədə isə 62,9% çox deməkdir.

Qeyd edək ki, Azərbaycanda məişət tullantılarının təkraristehsalı məqsədi ilə iki əsas müəssisə fəaliyyət göstərir ki,onlardan biri Balaxanı Bərk Məişət Tullantılarının ÇeşidlənməsiZavodu, digəri isə Bakı Bərk Məişət Tullantılarının YandırılmasıZavodudur.

Məlumat üçün bildirək ki, Balaxanı Bərk Məişət TullantılarınınÇeşidlənməsi Zavodu qabaqcıl alman texnologiyaları əsasında qurulubvə illik fəaliyyət gücü 200 min tondur. Burada çeşidlənməninaparılması nəticəsində təkrar emal üçün yararlı olan kağız, şüşə,plastik və digər xammallar ayrılır.

Tullantıların yandırılması isə 2012-ci ildən fəaliyyətə başlayanBakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda həyatakeçirilir. Müəssisə dördüncü nəsil texnologiyaların tətbiqi iləAvropa İttifaqının ətraf mühitin mühafizəsi sahəsində ən sərtstandartlarına tam uyğun şəkildə qurulub. Zavod atmosferə zərərlimaddə atmır, tullantılar xüsusi vasitələrlə tam zərərsizləşdirilir.İllik gücü isə 500 min ton məişət və 10 min ton tibbi tullantınınyandırılmasıdır. Tək 2023-cü ildə məişət tullantılarından istifadəhesabına 223 milyon kVt-saat elektrik enerjisi istehsal edilib.

Ümumilikdə son 10 ildə təbiətin mühafizəsinə ölkəmizdə 3,16milyard manat pul xərclənib. 2023-cü ildə təbiətin mühafizəsinəçəkilən bütün xərclər son 10 ilin rekord həddinə (677,4 milyonmanat) çatıb və əvvəlki il ilə müqayisədə 193% və ya 2,9 dəfə çoxolub.

Xatırladaq ki, bundan əvvəlki ən yüksək göstərici 2013-cü ildəqeydə alınmışdı və həmin il təbiətin mühafizəsinə çəkilən xərcinməbləği 398,2 milyon manat olmuşdu.

Media Təhlil Mərkəzi (MTM)

Məqalədə:
Seçilən
4
3
az.trend.az

4Mənbələr