AZ

Özünəməşğulluq layihəsi ilə bağlı yeni təklif verildi

Milli Məclisin  deputat Razi Nurullayev Milli Məclisdə 2025-ci il büdcə zərfinin müzakirələri zamanı çıxış edib.
XALQ.AZ millət vəkilinin çxışını təqdim edir:
Hər kəsə məlumdur ki, ünvanlı dövlət sosial yardımı almaq üçün şərtlər çox ağırdır. Bu il müəyyən yüngülləşmə aparılıb, amma yenə də ciddi çətinliklər qalmaqdadır. Doğurdan da ehtiyacı olanlar bunu ala bilmir və mən onlarla dəfə bunun şahidi olmuşam. Səbəb isə şərtlərin ağır olması və bəzən isə ehtiyacı olan tərəfindən həmin şərtlərin yerinə yetirilməsinin obyektiv və subyektiv səbəblərdən heç cür mümkün olmamasıdır.
Bilirəm ki, nazirlik hazırda pilot layihə həyata keçirir və məsələnin həlli üçün çalışır. Tam məlumatlı deyiləm, amma belə çıxır ki, nazirlik bütün ailələri bir-bir ziyarət edib ümumi mənzərəni ortaya çıxarmaq və məlumatlara malik olmaq istəyir ki, ünvanlı sosial yardımı da avtomatlaşdırsın. Açığı bu mənə o qədər də inandırıcı gəlmir. Hörmətli Sahil müəllim bu barədə məlumat versə yaxşı olar. Digər həll yolları varmı. Var. İstərdim ki, bunları müzakirə edək.
Hər bir rayon, kənd və qəsəbədə icra hakimiyyəti və nümayəndəsi var. Onlar kimin ehtiyac içində olduğunu, gəlirlərini, evini, kənardan daxil olan vəsaiti, yəni bütün məlumatlara sahibdirlər. Onların arayışı bəs etməzmi? Əgər onlar yalan məlumat verərlərsə, bu icra hakimiyyəti və işçisi üzərində ciddi məsuliyyət yaratsın. Bunun üçün qanunvericiliyə lazımsa dəyişiklik edək. Digər tərəfdən, indi elə zamandır ki, yanlış adam ünvanlı sosial yardım alarsa, elə öz ətrafı, qohum-əqrəbası və qonşuları, tanıyanlar birinci sosial şəbəkələrə çıxıb hay-küy yradacaqlar.
Nazirliyin imkanları var ki. 2-3 günlük missiyalar göndərib qəfil yoxlamalar həyata keçirsin. Nazirlik də kiməsə sonunda inanmalıdır. Nazirliyin tərkibində İctimai Şura var. Qoy onlar ayda bir neçə dəfə məsələ həllini tapana qədər səfərlər edib məlumatlar hazırlasınlar. Bu cür yanaşma həm də imkan verəcək ki, ünvanlı sosial yardımın doğurdan da ehtiyacı olanlara verilməsi üçün hansı problemlər var və siz onları aidiyyatı dövlət qurumlarına təqdim edə bilərsiniz ki, məhz bu səbəblər işimizi vicdanla yerinə yetirməyimizə hüquqi və digər əngəlləri törədir.
Daha bir təklif isə nazirliyin özünün hüquqi yardım göstərməsidir. Məqsəd kömək etmək deyilmi? Qanunlarımız o qədər, qaydalarımız o qədər, istisnalar, o qədər. Baş çıxarmaq sadə vətəndaşın imkanları xaricindədir. Yaxşı olar ki, Vəkillər kollegiyası ilə müqavilə bağlansın və onlar hər bir rayonda bu köməkliyi göstərsinlər. Hörmətli Samir müəllimdən, hökumətdən də xahiş etmişəm ki, pulsuz hüquqi yardımın gösətrilməsi ilə bağlı dövlət proqramı qəbul edilsin. Bu qarşımızda dayanan ən vacib məsələlərdən birincilər sırasındadır. Hörmətli Sahil müəllim, bir xahiş də edim ki, ünvanlı sosial yardım yoxlaması aparılan zaman açıb soyuducuları yoxlamasınlar, qazanların içinə baxmasınlar, məsələyə bir az insan ləyaqətinə hörmət rakursundan yanaşsınlar. Ailələrə hər kəs kömək edir, biri bazarlıq edir, biri ət gətirə bilər, biri bir kisə kartof və s. Bilirəm ki, bu sizin göstərişiniz deyil, heç qanun da bunu demir, amma bu tip məsələlər insan ləyaqətini alçaldır. Son məqsəd nədir? Ehtiyacı olana ünvanlı sosial yardımın verilməsi. Mən fikirlərimi hörmətli Sahib müəllimlə, aidiyyatı komitə və əlaqədar şəxslərlə bölüşməyə hazıram.
Digər sahələr üzrə təkliflərim. Bu gün də əlillik tələbi ilə müraciət edən onlarla qazimiz var. Onlarla danışmaq, nəyisə izah etmək demək olar ki, mümkün deyil. Çünki, onların canı ağrıdığına görə, psixoloji travma və ehtiyac ucbatından əlillik haqqının olduğuna inanırlar. Ən azı 4-5 dəfə elə bu tribunadan təklif verdim ki, yaralanmış, psixoloji travma almış və hələ də müalicəsi gedən müharibə iştirakçılarına 2-3 illik aylıq müavinət təyin olunsun. Bu gün də buna ehtiyac duyuram. Çünki, onların müalicəsi dövlət tərəfindən aparılsa da, amma yaşayış, ailə, dərmanların alınması, nəqliyyat və digər xərcləri var. O, xərcləri aldıqları 80 manatla ödəmək mümkün deyil axı. Onun üçün də 80 manatın iki dəfə artırılması ilə bağlı ehtiyac və tələb var. Bununla bağlı verdiyimiz suallara hökumət üzvləri komitə müzakirələrində də cavab vermədilər. Digər təklifim qazilərin işsizliyi ilə bağlıdır. Demək olar ki, böyük əksəriyyətin ali təhsili yoxdur və bu onların yaxşı işə düzəlməsinə imkan vermir. Bu təkıifi iki dəfə səsləndirmişəm və yenə də təklif edirəm. Nazirliklə ali təhsil müəssisələri arasında razılaşma əldə olunsun və onların nəzdində bir-iki illik təhsil proqramları yaradılsın. Hökumət buradan irəli gələn məsələləri həll edə bilər. Bu sosial narazılıqların aradan qaldırılmasında əsaslı rol oynayardı. Bu məsələyə də fikrinizi öyrənmək istərdim.
Məşğulluq xidməti – özünəməşğulluq
Özünəməşğulluq xidmətinin daha sərfəli və məntiqli olması üçün onun biznes şirkətləri ilə birlikdə olmasının təklif edirəm. Nazirlik biznes qurumu deyil və istərdim ki, özünəməşğulluq xidməti dayanıqlığın təmin edilməsi naminə vəsaiti iş adamlarına ayırsın.
Seçilən
37
xalq.az

1Mənbələr