AZ

10 qəpikdən domino oynadılar - 3 min cərimələndilər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ağdaş rayonunun Yuxarı Ləki kəndində çayxanada 10 qəpikdən domino oynayan şəxslər saxlanılıblar.
"Qaynarinfo"nun məlumatına görə, kənd sakinləri - C.G, M.N və D.V pulla domino oynayıblar.
Məhkəmədə onların polis əməkdaşlarını görən pulları masanın üzərindən götürüb gizlətdikləri bildirilib. Polis əməkdaşının "niyə qumar oynayırsınız?" sualına cavab olaraq şəxslərdən biri 10 qəpiyə oyun oynadıqlarını bildirib.
Məhkəmənin qərarı ilə hər üç şəxs İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinib və 3 min manat cərimə ediliblər.
Seçilən
19
9
oxu.az

10Mənbələr