İspaniyanın "Real Madrid” klubunun 3 futbolçusu UEFA Çempionlar Liqasının əsas mərhələsində İngiltərə “Liverpul”u ilə keçiriləcək V tur oyunundan öncə sarı vərəqə limitindədir.
AZƏRTAC xəbər verir ki, Madrid təmsilçisinin heyətində Luka Modriç, Eduardo Kamavinqa və Lukas Vaskes bugünkü matçda sarı vərəqə alacaqları təqdirdə cəzalı duruma düşəcəklər.
Bu isə o deməkdir ki, “kral klubu” VI turda İtaliya “Atalanta”sı ilə görüşə 8 itki ilə çıxa bilər. Çünki hazırda “Real Madrid”in beş futbolçusu - Vinisius Junior, Rodriqo, Daniel Karvaxal, Eder Militao və David Alaba zədəlidir.
Qeyd edək ki, “Real Madrid”in “Atalanta” ilə oyunu dekabrın 10-da keçiriləcək.