AZ

Diş təmizliyi ilə ürək xəstəliyi arasında əlaqə tapıldı

Ürək cərrahı və kardioloq Ceremi London xəbərdarlıq edib ki, müntəzəm ağız yuyan vasitələrdən istifadə ürək xəstəliyi riskini artıra bilər.

News24.az Rusiya mətbuatına istinadən xəbər verir ki, faydalı bakteriyalar ağızda yaşayır ki, bu da qan təzyiqini idarə etməyə kömək edir.

Ağız qarqarasından istifadə edərkən faydalı mikrobları öldürən kimyəvi reaksiya baş verir.

Ağzınızdakı bu bakteriyaları öldürməklə əslində yüksək təzyiqə səbəb ola bilərsiniz. Yüksək qan təzyiqi həm insult, həm də infarkt üçün risk faktorudur.

Üstəlik, dişlərinizi fırçaladıqdan dərhal sonra ağız yuyucu vasitələrdən istifadə etmək diş pastasından qoruyucu florid təbəqəsini çıxara bilər ki, bu da daha az effektiv fırçalama ilə nəticələnir. Qarqara dişlərinizi fırçalamadan 30 dəqiqə əvvəl və ya sonra istifadə edilməlidir./BAKU.WS

Seçilən
11
news24.az

1Mənbələr