AZ

Qrenlandiyada tərk edilmiş şəhər tapılıb

Fins.az - NASA-nın alimləri, Qrenlandiyanın buz təbəqəsinin altına gizlənmiş "Buz Qurdu" layihəsinin sirli yeraltı şəhərini təsadüfən aşkar ediblər.

Bu tapıntı, NASA-nın təyyarəsinin Şimal Qrenlandiyasının çölü üzərində uçarkən, Pituffik kosmik bazasına yaxın bir ərazidə apardığı buz təbəqəsini yoxlamaq məqsədilə həyata keçirilən araşdırma zamanı əldə edilib.

Araşdırma zamanı mütəxəssislər, 30 metr dərinlikdə bir neçə tunelin olduğu bir şəbəkə ilə qarşılaşıblar. İlk başda bunun nə olduğunu bilməyən alimlər, daha sonra tapıntının ABŞ-ın Şimali Qütb ərazisindəki tərk edilmiş yeraltı hərbi bazaya aid olduğunu müəyyənləşdiriblər.

Yeraltı şəhərin inşasına 1950-ci illərin sonlarında başlanmışdı. O dövrün gərgin beynəlxalq vəziyyəti nəzərə alınaraq, bu bazanın nüvə hücumlarına qarşı mühafizə məqsədilə tikildiyi ehtimal olunur. Lakin 1967-ci ildə layihə dayandırılmış və bazanın qalıqları buzun altına batıb.

NASA Earth Observatory saytının verdiyi məlumata görə, bu tapıntı, təkcə hərbi tarix baxımından deyil, həm də Arktika regionundakı insan fəaliyyətlərinin izlərini araşdırmaq üçün əhəmiyyətli bir kəşfdir. Hələlik bu sirli yeraltı şəhər haqqında daha çox məlumat əldə etmək üçün əlavə araşdırmalar aparılacaq.

Seçilən
15
fins.az

1Mənbələr