Ukrayna Prezidenti Vladimir Zelenski NATO Baş katibi Mark Rutte ilə telefon danışığı aparıb.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin mətbuat xidməti məlumat yayıb.
Zelenski və Rutte Rusiya, İran və Şimali Koreya “ittifaqının yaratdığı qlobal risklər” ətrafında fikir mübadiləsi aparıblar. Bu xüsusda “Rusiyanın silah müqabilində öz müasir hərbi texnologiyalarını ötürməsi məsələsi” vurğulanıb.
Bildirilib ki, diqqət mərkəzində olan digər məsələlərdən biri də “uzaqmənzilli vasitələrin təchizatı və elan edilmiş yardım paketlərindən silahların təhvil verilməsinə olan kritik ehtiyac olub”.