AZ

Suaresin gələcək karyerası bəlli oldu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Uruqvaylı hücumçu Luis Suares və ABŞ-nin "İnter Mayami" klubu əməkdaşlığı daha bir il uzatmağa razılaşıb.
Oxu.Az xəbər verir ki, bu barədə "İnter Mayami"nin Mətbuat Xidməti klubun rəsmi saytında məlumat yayıb.
Məlumata görə, 37 yaşlı futbolçunun komanda ilə yeni müqaviləsi MLS-də 2025-ci il mövsümünün sonuna qədər nəzərdə tutulub.
Qeyd edək ki, Suares "İnter Mayami"də 37 matçda 25 qol vurub və 12 məhsuldar ötürmə edib.
Seçilən
20
oxu.az

1Mənbələr