Vaşinqton və Pekin məhbusları üçə üç prinsipi ilə dəyişdiriblər.
Bu barədə "Politico" qəzeti Ağ Ev nümayəndəsinə istinadən məlumat yayıb.
Məlumata görə, Çində cəza çəkən üç amerikalı - David Suidan, Kay Li və Con Lyunq ABŞ-də həbsxanalarda saxlanılan adı açıqlanmayan üç Çin vətəndaşı ilə dəyişdirilib.
Qeyd edilib ki, mübadilə Ağ Ev və Dövlət Departamentinin nümayəndələri ilə çinli həmkarları arasında uzun illər aparılan danışıqlar nəticəsində baş tutub.