Çinin Sincan-Uyğur Muxtar Bölgəsində 5,1 bal gücündə zəlzələ qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri 506 min nəfərin yaşadığı Kaşqar mahalından 171 km şimal-şərqdə yerləşib.
Hələlik tələfat və dağıntılar barədə məlumat yoxdur.
Müəllif: Teleqraf.com