AZ

Xəstə əməliyyat masasında gitara çaldı - FOTO

Böyük Britaniyada əməliyyat zamanı maraqlı hadisə baş verib.

Ölkə.az Milli.Az-a istinadən xəbər verir ki, 64 yaşlı musiqiçi Kolin Millerin beynindən şiş çıxarılıb. Əməliyyat 8 saat çəkib və Millerdən əl və barmaq hərəkətlərini idarə edə bildiyini yoxlamaq üçün gitara çalması istənib.

2023-cü ilin oktyabrında qlioblastoma diaqnozu qoyulan Miller, əməliyyatdan sonrakı təcrübələrini belə izah edib: "Əməliyyat zamanı oyaq qalmağı seçdim. Həkimlər sol tərəfimi necə istifadə etdiyimi soruşduqda, gitara çala bildiyimi dedim.Onlar da məndən əməliyyat zamanı gitara çalmağımı istədilər, bildiyim mahnıları ifa edə bilmədim, amma akkordları ifa edə bildim.

Hazırda xəstəliyinə baxmayaraq, Miller kilsə xorunda işini davam etdirir.

Seçilən
2
4
olke.az

7Mənbələr