Bu barədə Demokrat.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, hazırda Bakıda və Abşeron yarımadasında çiskinli, yağıntılı hava şəraiti hökm sürür. Əvvəlcədən xəbər verildiyi kimi, bölgələrdə də yağıntılı hava şəraiti müşahidə olunur.
Balakən-Şəki zonasında 13-26 mm, Naxçıvan MR-da 5-9 mm, Quba-Qusar bölgəsində 3 mm, Qazax-Gəncə bölgəsində 2-5 mm, Mərkəzi Aran və Lənkəran-Astara bölgəsində 2 mm yağıntı qeydə alınıb.
Dağlıq ərazilərə qar yağıb, yağan qarın hündürlüyü Sarıbaşda (Qax) 18 sm, Əlibəy (Zaqatala), Şahbuzda 16 sm, Şahdağda 11 sm, Qrızda (Quba) 7 sm, Gədəbəydə 4 sm, Şəkidə 2 sm olub.
Şimal-qərb küləyi əsib, küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında 16 m/s, Daşkəsən, Şahdağda 20 m/s, Mingəçevirdə 18 m/s, Gədəbəydə 16 m/s-dək güclənib.
Göygöl, Qax, Balakən, Daşkəsən, Şəki, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Qrız, Xaltan, Göyçay, Lerik, Qobustanda duman müşahidə olunub.
10Mənbələr
-
yenigundem.azFaktiki hava ( 13455031)
-
ulusum.azBu rayonumuza 18 sm qar yağdı ( 13454365)
-
referans.azBəzi rayonlarda duman görünüşü məhdudlaşdırıb - FAKTİKİ HAVA ( 13454281)
-
konkret.azBu ərazimizə 18 sm qar yağdı ( 13453684)
-
gundem.azBu ərazimizə 18 sm qar yağdı ( 13453549)
-
tribunainfo.azFaktiki hava ( 13453129)
-
heftelik.azHava çiskinlidir, qar yağıb ( 13452871)
-
turanpress.comBu rayonlara güclü qar yağdı - VİDEO ( 13452853)
-
day.azBu rayonlara güclü qar yağdı - VİDEO ( 13452766)
-
olaylar.azBu ərazimizə 18 sm qar yağdı ( 13452670)