AZ

Xamenei GÖSTƏRİŞ VERDİ: “Döyüş gücünü artırın!”

İran İslam Respublikasının ali rəhbəri ayətullah Seyid Əli Xamenei Hərbi Dəniz Qüvvələri komandirləri ilə görüşüb.

Bakıvaxtı.az “Mehr” Agentliyinə istinadən xəbər verir ki, ayətullah Xamenei İran Hərbi Dəniz Qüvvələrini bu gün üçün həyati və həlledici qüvvə kimi qiymətləndirib.

Xamenei komandirlərə deyib ki, İran Silahlı Qüvvələri ölkə donanmasının döyüş qüdrətinin artırılmasına diqqət yetirməlidir.

“Silahlı qüvvələrin ən mühüm vəzifəsi hazırlıq səviyyəsini və döyüş gücünü artırmaqdır”, - deyən Xamenei İran Hərbi Dəniz Qüvvələrinin dəniz missiyalarının davam etməli olduğunu vurğulayıb.

Seçilən
6
4
bakivaxti.az

10Mənbələr