AZ

Rusiya valyutasının çöküşünün davam edəcəyi gözlənilir

Çərşənbə günü (27 noyabr 2024) Rusiyanın milli valyutası dollar, avro və yuana nisbətdə sürətlə ucuzlaşıb. Moskva birjasında yuan/rubl məzənnəsi 15 rublu ötüb, Forex bazarında dollar 114,5326 rubla çatıb.

Marja xəbər verir ki, "BCS World of Investments"in baş iqtisadçısı İlya Fedorov rublun ucuzlaşmasını ixracatçılar tərəfindən valyuta təklifinin azalması, eləcə də sanksiyalar səbəbindən xarici valyutalara tələbin artması ilə izah edib.

“Rubla təzyiq geosiyasi eskalasiya və Rusiya banklarına, o cümlədən “Qazprombank”a qarşı sanksiyalara görə artıb ki, bu da valyuta gəlirlərinin repatriasiyasını çətinləşdirib”, – Fedorov qeyd edib.

Dünən axşam Rusiya valyutasının çöküşü müvəqqəti də olsa dayanıb. Forex bazarında dolların məzənnəsi 110,275 rubla, Moskva birjasında yuan 14,2655 rubla qədər düşüb.

Rubl Rusiya Mərkəzi Bankının büdcə qaydası çərçivəsində xarici valyuta alışı əməliyyatlarını dayandırmaq qərarı ilə dəstəklənib. 

"İlk növbədə, bu qərar hakimiyyətin rublun zəifləməsinə reaksiya verməyə hazır olduğuna işarədir" - "Market Power" layihəsinin analitikləri bildirib.

"BCS World of Investments"in eksperti Dmitri Babin hesab edir ki, bu tədbir rublun daha da möhkəmlənməsinə töhfə verməyəcək, çünki onun zəifləməsinə səbəb olan amillər qüvvədə qalır.

"Bundan əlavə, ilin sonunda federal və regional büdcələrin xərclərinin artması, habelə istehlakçı fəallığının bayramqabağı artımı səbəbindən xarici valyutaya tələbat artır", - Babin əlavə edib.

Seçilən
12
31
marja.az

10Mənbələr