Hurriyyet.az "Qruziya onlayn" nəşrinə istinadla xəbər verir ki, Avropa Parlamenti noyabrın 28-də Gürcstanla bağlı qətnamə qəbul edəcək.
Qətnamədə Gürcüstanda parlament seçkilərinin yenidən keçirilməsi məsələsinin əks edilməsi nəzərdə tutulur.
Gürcüstanın "Vəhdət - milli hərəkat" partiyasının sədri Tina Bokuçavanın sözlərinə görə, bu qətnamə özünəməxsus qırmızı xətt olacaq və onu keçdikdən sonra hakim "Gürcü arzusu" ilə Avropa İttifaqının qarşılıqlı münasibətlərinin bərpa edilməsi qeyri-mümkün olacaq: "Gürcüstanı beynəlxalq təcriddən yalnız parlament seçkilərinin keçirilməsi xilas edə bilər".
Bokuçava deyib: "Avropa Parlamenti həm də Gürcüsan hakimiyyətini Mixail Saakaşvilini həbsdən azad etməyə çağıracaq. Çünki Avropa xətti tutan ölkədə keçmiş prezidentin simasında siyasi məhbusların olması yolverilməzdir".
Hürr Tərcüman