AZ

ABŞ Ukraynanı çağırış yaşını 25-dən 18-ə endirməyə çağırdıKİYEVDƏN REAKSİYA

ABŞ Ukraynanı Silahlı Qüvvələrdə şəxsi heyət çatışmazlığı ilə bağlı ölkədə hərbi çağırış yaşını 25-dən 18-ə endirməyə çağırıb.

 

Bu barədə “Reuters” agentliyi ABŞ administrasiyasının yüksəkvəzifəli nümayəndəsinə istinadən bildirib. Qeyd olunub ki, səfərbərlik və Ukrayna Silahlı Qüvvələrinin sayının artırılması döyüş meydanındakı durumu əhəmiyyətli dərəcədə dəyişə bilər.

 

“İndi bizə şəxsi heyət-canlı qüvvə lazımdır. Ruslar, əslində, şərqdə irəliləyiş, davamlı irəliləyiş əldə edirlər və Kursk vilayətində Ukrayna mövqelərini sıxışdırmağa başlayıblar... Bu gün döyüş meydanına baxsaq, səfərbərlik və əlavə canlı qüvvə hazırda əhəmiyyətli rol oynaya bilər”, – mənbə bildirib.

 

Xatırladaq ki, apreldə Ukrayna lideri Volodimir Zelenski Ukraynada səfərbərlik yaşının 27-dən 25-ə endirilməsi haqqında qanunu imzalayıb. Avqustda Ali Rada səfərbərlik yaşının azaldılmasının planlaşdırılmadığını təsdiqləyib.

Seçilən
8
8
senzor.az

9Mənbələr