AZ

Yığımları azalan sığorta şirkətləri – SİYAHI

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda sığortaşirkətləri üzrə sığorta haqları və sığorta ödənişləriaçıqlanıb.

Trend-inMərkəzi Banka istinadən apardığı hesablamalara görə, qeyd olunandövr ərzində yığımları ən çox azalan sığorta şirkəti “İpək YoluSığorta” ASC olub.

Belə ki, şirkət bu ilin 10 ayında 5 milyon 306 min manat sığortahaqqı toplayıb. Bu isə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 10milyon 243 min manat (65,9%) azalma deməkdir. Ötən ilin eynidövründə şirkət 15 milyon 549 min manat sığorta haqqı toplayıb.

Yığımları ən çox azalan sığorta şirkətlərinin siyahısında ikincipillədə “Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyəti qərarlaşıb. Belə ki,şirkət bu ilin 10 ayında 1 milyon 951 min manat sığorta haqqıtoplayıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyon 844 minmanat (65,1%) azalma deməkdir. 2023-cü ilin 10 ayında şirkət 4milyon 368 min manat sığorta haqqı toplayıb.

Yığımları azalan sığorta şirkətlərinin siyahısında “AqrarSığorta” Açıq Səhmdar Cəmiyyəti üçüncü yerdədir. Hesabat dövründəşirkət 12 milyon 449 min manat sığorta haqqı toplayıb ki, bu daəvvəlki ilin eyni dövrü ilə müqayisədə 2 milyon 332 min manat(15,8%) azalma deməkdir. Ötən ilin yanvar-oktyabr aylarında şirkət14 milyon 781 min manat sığorta haqqı toplayıb.

Yığıları azalan sığorta şirkətlərinin sonuncu pilləsində “QalaHəyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti mövqe tutub. Belə ki,şirkət bu ilin 10 ayında 20 milyon 361 min manat sığorta haqqıtoplayıb. Bu isə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1 milyon 88min manat (5,1%) azalma deməkdir. Ötən ilin eyni dövründə şirkət 21milyon 449 min manat sığorta haqqı toplayıb.

Seçilən
20
2
az.trend.az

3Mənbələr