Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Afrika üzrə regional direktoru seçilən tanzaniyalı Faustine Nduqulile müalicə aldığı Hindistanda dünyasını dəyişib.
News24.az Söz.az-a istinadən xəbər verir ki, Tanzaniya parlamentinin spikeri Tulia Ekson 55 yaşlı Nduqulilenin cənazəsinin ölkəyə gətirilmək üçün yolda olduğunu bildirib.
Dəfn tarixinin daha sonra açıqlanacağını qeyd edən Ekson, Nduqulilenin xəstəliyi ilə bağlı məlumat verməyib.