AZAL Bakıdan Sürixə müntəzəm uçuşlar həyata keçirməyi planlaşdırır
"Azərbaycan Hava Yolları" QSC (AZAL) 2026-cı ildən Bakıdan Sürixə müntəzəm uçuşlar həyata keçirməyi planlaşdırır.
Bu barədə müzakirələr qurumun prezidenti Samir Rzayevlə İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Tomas Ştəlin ilə görüşündə aparılıb.
Görüşdə səfir Tomas Ştəlin yeni uçuş marşrutlarına dəstək verməyə hazır olduqlarını bildirib və viza müraciətlərinin artımını ikitərəfli əlaqələrin inkişafı kimi dəyərləndirib.
Tərəflər həmçinin Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) barədə müzakirələr apararaq ətraf mühitin qorunması istiqamətində yeni yanaşmaların tətbiqi məsələlərini nəzərdən keçiriblər.
www.anews.az