AZ

AZALBakıdan Sürixə müntəzəm uçuşlar həyata keçirməyi planlaşdırır

"Azərbaycan Hava Yolları" QSC (AZAL) 2026-cı ildən Bakıdan Sürixə müntəzəm uçuşlar həyata keçirməyi planlaşdırır.

Avtosfer.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC məlumat yayıb.

Bildirilib ki, bu barədə müzakirələr qurumun prezidenti Samir Rzayevlə İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Tomas Ştəlin ilə görüşündə aparılıb.

Görüşdə səfir Tomas Ştəlin yeni uçuş marşrutlarına dəstək verməyə hazır olduqlarını bildirib və viza müraciətlərinin artımını ikitərəfli əlaqələrin inkişafı kimi dəyərləndirib.

Tərəflər, həmçinin, Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) barədə müzakirələr apararaq ətraf mühitin qorunması istiqamətində yeni yanaşmaların tətbiqi məsələlərini nəzərdən keçiriblər.

 

Seçilən
17
14
avtosfer.az

10Mənbələr