AZ

İsveçin Moskvadakı səfirliyinə hücum edildi

İsveçin Moskvadakı səfirliyinə hücum olub.

 

Sfera.az xəbər verir ki, bu barədə “SHOT” Telegram kanalı məlumat yayıb.  

   

Bildirilib ki, hadisə bu gün səhər saat 7 radələrində baş verib. Belə ki, bir qrup gənc oğlan Mosfilmovskayadakı səfirliyin binasına yaxınlaşaraq butulkalar atıblar. Bundan sonra sakitcə oranı tərk etməyə çalışıblar, lakin polis onları yerindəcə saxlayıb. Onlar polisin suallarına cavab verməkdən imtina ediblər. 

 

Hazırda onların dindirilməsi davam edir.

 

Firuzə Əliyeva
 

Seçilən
15
sfera.az

1Mənbələr