Ədliyyə Nazirliyi Azad Demokratlar Partiyası barədə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
Modern.az-ın məlumatına görə, buna səbəb siyasi partiyanın ləğv edilməsi iləm bağlıdır.
İşə hakim Nigar Nəbizadənin sədrlik etdiyi heyət tərəfindən baxılacaq.
Qeyd edək ki, Azad Demokratlar Partiyası 6 iyul 2014-cü ildən fəaliyyət göstərirdi. Partiyanın qurucusu və sədri Sülhəddin Əkbər olub.