Özbəkistanın Andijan şəhərində peşəkar qol güləşi liqasının final mərhələsində Azərbaycan idmançıları 3 medal qazanıblar.
Azər Məhərrəmov (115 kq), Ağaseyid Aslanov (105 kq) və Toğrul Şahlarlı (85 kq) fəxri kürsünün ən yüksək pilləsində yer alıblar.
Uğur qazanan təmsilçilərimiz Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunacaq final mərhələsində dünyanın ən güclüləri ilə mübarizə aparacaqlar.