Xiaomi SU7 avtomobili ilə bağlı sosial şəbəkədə maraqlı görüntülər paylaşılıb.
Avtosfer.az xəbər verir ki, görüntülərdə maşının monitorunda inəkləri insan kimi göstərməsi əks olunub. Proqram təminatındakı bu səhv müzakirələrə səbəb olub. Bəziləri buna "yaxşı ki, bütün canlıları göstərir" deyə reaksiya versə də, inəklərin heyvan kimi təqdim olunmasını tənqid edənlər də az olmayıb.
Qeyd edək ki, sözügedən avtomobilin yenisi Bakıda 79 min manata satılır.